Əsas məzmuna keç
RahatSəcdəOrtopedik Səccadə

Suallar

Tez-tez verilən suallar

Instagram-da ən çox soruşulanları bir yerə topladıq. Cavabını tapmasanız, yazın — cavablayaq.

Məhsul

Diz ağrısına kömək edirmi?

Bəli. Dizlərin tam təmasda olduğu yerə qoyulan xüsusi visko süngər təzyiqi azaldır və rahat səcdəni təmin edir. Xüsusilə yaşlılar və dizlərində ağrıları olan insanlar üçün böyük fərq yaradır.

Səccadənin içində nə var?

İçərisində diz səviyyəsinə uyğun gələn xüsusi yaddaşlı visko süngər var. Bu süngər bədən təzyiqinə görə forma alır və hər səcdədə dizlərinizi yumşaq bir şəkildə tutaraq rahatlıq verir.

Səccadənin ölçüləri nədir?

Səccadələrimiz 70×110 və 80×120 sm ölçülərindədir. Namaz əsnasında rahat hərəkət etməyiniz və diz rahatlığınızın lazımi yerdə qalması üçün bu ölçü seçilmişdir.

Rəng çeşidləriniz var?

Bəli, rəng çeşidlərimiz mövcuddur: yaşıl, boz, qara, qəhvəyi, göy, firuzəyi, bənövşəyi və qırmızı. Anbardakı mövcudluq dəyişdiyi üçün sifarişdən əvvəl WhatsApp-dan soruşmağınızı tövsiyə edirik.

45 ₼, 65 ₼ və 85 ₼ modellər arasında nə fərq var?

45 ₼ və 65 ₼ modellər yerli istehsaldır və hər ikisində diz hissəsində 5 sm süngər var — aralarındakı fərq parça keyfiyyəti və dizayndadır. 85 ₼ model isə xarici istehsaldır: süngər yalnız dizdə deyil, səccadənin hər yerindədir və diz hissəsində qalınlıq 8 sm-ə çatır. Bu model məhdud sayda gətirilir.

Süngər yumşaqdırsa, tez çökməyəcək?

Xeyr. Bu, ən çox yayılan yanlış təsəvvürdür. Əsl ortopedik süngər yumşaq olduğu üçün deyil, yüksək sıxlığa (density) malik olduğu üçün bədən formasına uyğunlaşır. Adi süngər 2-3 aya çökür, diz yenidən yük alır və rahatlıq itir. Bizim süngər yüksək sıxlıqlıdır, qalınlıqla elastikliyi balanslaşdırır və dizləri uzun müddət qoruyur.

Ortopedik görünən ucuz səccadələrdən necə fərqləndirim?

Səccadə alarkən təkcə görüntüyə aldanmayın — bəzi səccadələr ortopedik görünsə də, içində adi süngər olur. Sifariş etməzdən əvvəl satıcıdan mütləq süngərin videosunu istəyin. Əgər video göndərilmirsə, videoda süngər aydın görsənmirsə və ya süngərin sıxlığı göstərilmirsə — ehtiyatlı olun.

Səccadənin üzərinə ad yazdırmaq olarmı?

Bəli. Səccadələrin üzərinə istənilən yazını — ad, soyad, ithaf və ya dua — tikmə maşını ilə qızılı sapla həkk edirik. Həm Azərbaycan, həm ərəb əlifbası ilə mümkündür. Bu xidmət istənilən modelə əlavə oluna bilər.

İstifadə

Necə təmizlənməlidir? Yumaq olar?

Bəli, səccadə yuyula bilər. Fermuarlı alt hissə sayəsində içindəki ortopedik süngər asanlıqla çıxarılır. Süngəri çıxardıqdan sonra səccadəni əllə və ya yuyucu torbada maşında yumaq mümkündür.

Hədiyyə kimi almaq olar? Qəşəng görünür?

Bəli, hədiyyə olaraq çox gözəl seçimdir — görünüşü də, rahatlığı da yerindədir. Hər səccadə əvvəl şəffaf paketə, sonra isə ağ karton qutuya yerləşdirilir. Tam bir hədiyyəlik təqdimatla göndəririk.

Sifariş və çatdırılma

Necə sifariş edə bilərəm?

Üç yolla: 1) WhatsApp üzərindən 050-429-18-36 nömrəsinə mesaj göndərə bilərsiniz. 2) Instagram DM üzərindən yaza bilərsiniz. 3) 050-429-18-36 nömrəsinə zəng edərək birbaşa əlaqə saxlaya bilərsiniz. İstədiyiniz model və sayını bildirin, biz sizə ən qısa zamanda geri dönüş edəcəyik.

Çatdırılma necədir və nə qədər tutur?

Bakı daxili və ətraf rayonlara birbaşa ünvana taksi və ya kuryer vasitəsilə çatdırılma mövcuddur. Çatdırılma ödənişi ünvana görə dəyişir, şəhər daxili adətən 4-5 manat olur. Rayonlara poçt vasitəsilə göndərmək mümkündür, poçt rüsumu 5 manatdır. Naxçıvana isə SüratKargo ilə göndərilir, rüsum 7 manat edir.

Çatdırılma müddəti nə qədərdir?

Məhsullar əvvəlcədən hazırlanır və depolanır. Sifariş verilən gün çatdırılma etmək mümkündür. Poçtla olan çatdırmalar isə 2-3 gün ərzində sizlərə çatır.

Dini suallar

Ortopedik səccadəni istifadə etmək günahdırmı?

Xeyr, ortopedik səccadə istifadə etmək günah deyil. Namazda alnın qoyulduğu yer, diz və ayaq baş barmaqlarının qoyulduğu yerdən dörd bağlı barmaq qədər aşağıda və yuxarıda olmamalıdır. Əksinə, sağlamlıq problemi olanların ibadətini asanlaşdırmaq üçün bir vasitədir.

“Yumşaq yerdə namaz qılmaq olmaz” deyirlər — bəs bu?

Bizim məqsədimiz yumşaqlıq yaratmaq deyil, ibadəti ağrısız və rahat etməkdir. Səccadə elə hazırlanıb ki, diz təzyiqi hiss etmir, amma səcdə mövqeyi pozulmur. İbadətin məqsədi əziyyət deyil, qəlbin rahatlığıdır — biz sadəcə fiziki maneəni aradan qaldırırıq.

Cavabını tapmadınız?

Birbaşa yazın — adətən bir neçə dəqiqə ərzində cavab veririk.