Əsas məzmuna keç
RahatSəcdəOrtopedik Səccadə
Ad Yazma Xidməti
Şəxsiləşdirilmiş

Ad Yazma Xidməti

Səccadənin üzərinə ad, soyad və ya özəl dua tikmə maşını ilə həkk olunur.

Qiymət üçün əlaqə

WhatsApp və ya zəng

  • Sevdiyinizin adı səccadənin üzərində
  • Qızılı sapla maşın tikməsi
  • Ərəb əlifbası ilə dua da yazıla bilər
  • Hər modelə əlavə oluna bilər

🚚 Sifariş verilən gün göndərilə bilər · poçtla 2–3 gün · 🎁 hədiyyəlik qablaşdırma daxildir · 050 429 18 36

Məhsul haqqında

Hədiyyənin ən gözəli, üzərində sevdiyinizin adı yazılandır. Səccadələrin üzərinə istənilən yazını — ad, soyad, ithaf və ya dua — tikmə maşını ilə həkk edirik.

Yazı qızılı sapla işlənir və parçanın toxumasına oturur. Bu, sadəcə bir hədiyyə deyil — hər səcdədə sizi xatırladacaq bir xatirədir.

Xidmət istənilən modelə (45 ₼, 65 ₼ və ya 85 ₼) əlavə oluna bilər. Yazı hazırlanması əlavə vaxt tələb etdiyi üçün bayram ərəfəsində əvvəlcədən sifariş verməyi tövsiyə edirik.

Texniki xüsusiyyətlər

Yazı
Ad, soyad, ithaf və ya dua
Üsul
Tikmə maşını, qızılı sap
Dil
Azərbaycan və ərəb əlifbası
Əsas model
İstənilən modelə əlavə olunur
Hazırlanma
Əlavə vaxt tələb edir

Instagram-da

Bu məhsulu videoda görün.

Müştəri rəyləri

Alanlar nə deyir?

Çox xoşuma gəldi məhsul. Dizi heç ağrıtmır, çox yumşaqdır. Təşəkkürlər.
Dünən sifariş götürdüm, mamam üçün almışdım. Çox təşəkkür edirəm, çox keyfiyyətlidir, rəngi də çox canlıdır. İnşallah yenidən başqa rəngini də sifariş verəcəyəm.
Anası üçün
Məhsul haqqında bir söz deyə bilərəm — möhtəşəm. Rahatlığına söz ola bilməz.
Səccadəni çox bəyəndik, yaxşı ki iki ədəd götürmüşük. Çox keyfiyyətli, səliqəli işlənib, çox rahatdır. Çatdırılması, operativliyiniz — hər şey mükəmməldir. Allah razı olsun.
Düzünü desəm, şəkildə bəyənməmişdim, amma canlı çox bəyəndim. Səliqəli bağlamayla göndəribsiz. Çox sağ olun, bəyəndik.
Hər şey əla, təşəkkür edirəm. Anamı sevindirməyimə kömək etdiyiniz üçün təşəkkür edirəm.
Anası üçün hədiyyə

Digər modellər

Bunlara da baxın

Özəl Seriya — 8 smYaşıl — qızılı haşiyə
Premium · məhdud sayda

Özəl Seriya — 8 sm

Səccadənin hər yerində süngər, diz hissəsində 8 sm. Xarici istehsal, məhdud sayda.

85 ₼
Sifariş